Xəzər Xəbər

Xaçmazda dəhşətli qətlin təfərrüatı: Keçmiş arvadının evlənəcəyini eşidib...

Hadisə | 15:17 • 24 Oktyabr 2019
Xaçmazda dəhşətli qətlin təfərrüatı:

Dünən Xaçmaz rayon Qımılqışlaqkəndində keçmiş kürəkənin qayınatasını öldürdüyü dəhşətli cinayətin təfərrüatı bəlli olub.

Hüquq mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndində Əlihüseyn Qədirovun yaşadığı evin darvazasının qarşısıda baş verib.

Belə ki, aparılmış araşdırma zamanı bəlli olub ki, kənd sakini Qurbanov Səfər İlham oğlu əvvəllər Ə.Qəsirovunqızı G.Qədirova ilə evli olub. Cütlük 2017-ci ildə rəsmi şəkildə boşanıb. S.Qurbanov bundan sonra ikinci dəfə ailə həyatı qurub.

Son zamanlar keçmiş həyat yoldaşı G.Qədirovanın başqa bir şəxslə ailə həyatı quracağını eşidən S.Qurbanov bu məsələni aydınlaşdırmaq üçün oktyabrın 23-də saat 11:30 radələrində keçmiş qayınatası Ə.Qədirovun yaşadığı evin qarşısına gedərək onu çölə çağırıb. Keçmiş həyat yoldaşının yenidən evlənəcəyi ilə bağlı yayılan söhbətlərə etiraz edən S.Qurbanovla Ə.Qədirov arasında mübahisə yaranıb.

Yaranmış mübahisə zəminində S.Qurbanov üzərində gətirdiyi bıçaqla Ə.Qədirovun döş qəfəsi, kürək, mədə və sol qol nahiyyələrinə bir neçə dəfə deşilmiş-kəsilmiş xəsarətlər yetirməklə öldürüb.

S.Qurbanov cinayəti törətdikdən sonra könüllü olaraq Xaçmaz rayon polis şöbəsinə gedərək təslim olub və cinayət aləti olan bıçağı hüquq mühafizə orqanlarına təqdim edib.

Ə.Qədirovun meyitinə xarici baxış zamanı ümumilikdə yeddi ədəd kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti