Xəzər Xəbər

Ayı 1 nəfəri parçaladı, 2 nəfəri ağaca çıxardı

Hadisə | 13:29 • 24 Oktyabr 2019
Ayı 1 nəfəri parçaladı, 2 nəfəri ağaca çıxardı

Rusiyada ayı ovçulara hücum edib.

XəzərXəbər Trend-ə istinadla xəbər ki, insident Kemerevo vilayətində qeydə alınıb.

Belə ki, oktyabrın 23-də ov üçün meşəyə gedən iki nəfər ayı ilə rastlaşıb. Ayı onların üzərinə hücum etdiyi üçün onlar heyvana atəş açıblar. Daha sonra qorxudan yaxınlıqdakı ağaca çıxıblar və ayını zərərsizləşdirdiklərinə dəqiq əmin olmadıqları üçün kömək üçün meşəbəyiyə zəng ediblər. Əraziyə gələn meşəbəyi ətrafda ayının güllə ilə vurulmuş cəsədini, bir qədər aralıda isə ayı tərəfindən parçalanmış başqa bir ovçunun meyitini aşkar edib.

Hazırda hadisə Kemerovo vilayətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti