Xəzər Xəbər

Boşandığı arvadının evinə hücum etdi, AMANSIZLIQLA ÖLDÜRDÜ - Daha bir QƏTL

Hadisə | 10:45 • 24 Oktyabr 2019
Boşandığı arvadının evinə hücum etdi,

Xaçmaz rayonunda qətl törədilib.

XəzərXəbər xəbər verir ki, dünən saat 11:30 radələrində rayonun Qımılqışlaq kənd sakini Qurbanov Səfər İlham oğlu 2017-ci ildə rəsmi boşandığı qadının atası Qədirov Əlihüseyn Cəlil oğlunun evinin qarşısına gələrək onu öldürüb.

Bildirilir ki, boşanandan sonra başqa qadınla evlənən Səfər Qurbanov keçmiş həyat yoldaşı Gülyanə Qədirovanın da başqa şəxslə ailə quracağını eşidib. Bununla razılaşa bilməyən Səfər keçmiş qayınatasının evinin qarşısına gələrək kişini çölə çağırıb. Bu zaman tərəflər arasında mübahisə baş verib və S.Qurbanov

özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirib. Mədə, döş qəfəsi, kürək və qol nahiyələrindən ağır xəsarət alan Ə.Qədirov hadisə yerində vəfat edib.

S.Qurbanov hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti