Xəzər Xəbər

Azərbaycanda daha 4 nəfər bu səbəbdən öldü

Hadisə | 10:19 • 24 Oktyabr 2019
Azərbaycanda daha 4 nəfər bu səbəbdən öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 20 cinayətin üstü "isti izlər”lə açılıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Xəbər lenti