Xəzər Xəbər

Bakıda yol qəzasında iki piyada ölüb

Hadisə | 16:07 • 22 Oktyabr 2019
Bakıda yol qəzasında iki piyada ölüb

Bakıda iki piyada yol qəzası nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi "Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 21-də saat 18 radələrində isə Xətai rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi "Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti