Xəzər Xəbər

Sabirabadda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Hadisə | 14:49 • 22 Oktyabr 2019
Sabirabadda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova naməlum avtomobillə vurulub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.


Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti