Xəzər Xəbər

DİN əməliyyat keçirdi: 32 nəfər saxlanıldı

Hadisə | 11:03 • 21 Oktyabr 2019
DİN əməliyyat keçirdi: 32 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi şənbə-bazar günləri ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

XəzərXəbər xəbər verir ki, oktyabr ayının 18-dən 20-dək törədilən 26 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Xəbər lenti