Xəzər Xəbər

Bakıda iki avtomobil toqquşdu: Ata və oğlu yaralandı

Hadisə | 10:49 • 21 Oktyabr 2019
Bakıda iki avtomobil toqquşdu:

Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, qəza Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib.

B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.

Xəbər lenti