Xəzər Xəbər

Bakıdakı DƏHŞƏTLƏ BAĞLI YENİ XƏBƏR: Arvadını və qayınanasını, sonra isə özünü...

Hadisə | 15:07 • 17 Oktyabr 2019
Bakıdakı DƏHŞƏTLƏ BAĞLI YENİ XƏBƏR:

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumata görə, hadisəni törədib qaçarkən yol qəzasına düşmüş Vaqif Hüseynov xəstəxanada polis nəzarətinə götürülüb.

Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti