Xəzər Xəbər

Bakıda avtobus minik avtomobili ilə toqquşdu - FOTO

Hadisə | 10:00 • 15 Oktyabr 2019
Bakıda avtobus minik avtomobili ilə toqquşdu -

Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Trend-in məlumatına görə, hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb. Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da "Toyota"ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib.


Qəza səbəbindən sözügedən ərazidə tıxac yaranıb.

Xəbər lenti