Xəzər Xəbər

Bakıda ağır yol qəzası: 3-ü uşaq olmaqla, 5 nəfər...

Hadisə | 10:04 • 12 Oktyabr 2019
Bakıda ağır yol qəzası:

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil sürət həddini aşaraq, "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Şəbiyeva Əsma Aydın qızı (2 yaş), Şəbiyev Hüseynəli Aydın oğlu (6 yaş), Eyvazlı Məsumə Hüseyn qızı (4 yaş) habelə azyaşlıların anası Şəbiyeva Ülviyyə Yaşar qızı (1992-ci il təvəllüdlü) və azyaşlıların nənəsi Əbdülkərimova Şəhla Hacı qızı (1969-cu il) xəsarət alıblar.

Yaralılar yaxınlıqda olanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda onlar əməliyyat edilirlər (Report).

Xəbər lenti