Xəzər Xəbər

Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Hadisə | 14:48 • 11 Oktyabr 2019
Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 17 cinayətin üstünü "isti izlər”lə açıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş beş ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti