Xəzər Xəbər

DƏHŞƏT: Qayınata əsəbləşib maşınla gəlininin üstündən keçdi

Hadisə | 18:22 • 4 Oktyabr 2019
DƏHŞƏT:

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Report-un məlumatına görə, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Xəbər lenti