Xəzər Xəbər

Nazirlik Sumqayıtdakı qətllə bağlı məlumat yaydı

Hadisə | 11:56 • 27 Sentyabr 2019
Nazirlik Sumqayıtdakı qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi sentyabrın 25-də saat 21 radələrində Sumqayıt şəhərində baş verən qətl hadisəsi ilə bağlı məlumat verib.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti