Xəzər Xəbər

“Gənclər şəhərciyin”də cinayət: Gənc oğlan telefonda bacısı ilə danışanın...

Hadisə | 11:32 • 27 Sentyabr 2019
“Gənclər şəhərciyin”də cinayət:

Xırdalan şəhərində qısqanclıq zəminində cinayət törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Anar Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı şəhər sakini Anar Cəbrayılov bacısına tanışı Kamil Abullayevin hədiyyə olaraq mobil telefon almasından şübhələnib.

O, Kamil Abdullayevin bacısı ilə telefon vasitəsilə mütəmadi olaraq danışıb əlaqə saxlamalarına görə qısqanclıq hisslərinə qapanıb.

Anar Cəbrayılov bacısı ilə olan münasibətlərdən çəkindirmək üçün Kamil Abdullayevi qorxutmaq qərarına gəlib. Bu məqsədlə v Kamil Abdullayevlə zəngləşib, onun yaşadığı Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci kilometrliyində yerləşən "Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksinə çağırıb.

Onlar həmin ünvanda görüşüblər. Anar Cəbrayılov Kamil Abdullayevdən bacısı ilə aralarında olan münasibətlərə aydınlıq gətirməyi tələb edib. Kamil Abdullayev ona bacısını sevdiyini söyləyib.

Bundan əsəbləşən Anar Cəbrayılov bıçaqla Kamil Abdullayevi vurub. Sonunu aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Hadisəni törədən Anar Cəbrayılov isə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Anar Cəbrayılovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə Anar Cəbrayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Cəbrayılov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Anar Cəbrayılovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin olunmaması barədə qərar elan edilib./teleqraf

Xəbər lenti