Xəzər Xəbər

Gədəbəydə avtomobil qəzası baş verdi

Hadisə | 10:26 • 27 Sentyabr 2019
Gədəbəydə avtomobil qəzası baş verdi

Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Zəhmət kəndində olub.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan biri, 1982-ci il təvəllüdlü Əfşan Qəhrəmanovun xəsarəti ağır olduğundan o, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Digər iki yaralının vəziyyəti isə qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti