Xəzər Xəbər

Yasamalda evdən pul və zinət əşyaları oğurlayanlar tutuldu

Hadisə | 10:27 • 26 Sentyabr 2019
Yasamalda evdən pul və zinət əşyaları oğurlayanlar tutuldu

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki evlərin birindən 200 manat və 17.500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb.

Xəbər lenti