Xəzər Xəbər

Cəlilabadda 8 otaqlı ev yandı

Hadisə | 15:26 • 22 Sentyabr 2019
Cəlilabadda 8 otaqlı ev yandı

Cəlilabad rayonunun Cəfərxanlı kəndində yanğın olub.

XəzərXəbər xəbər verir ki, ümumi sahəsi 320 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər lenti