Xəzər Xəbər

Anası tərəfindən azyaşlının döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hadisə | 16:02 • 14 Sentyabr 2019
Anası tərəfindən azyaşlının döyülməsi ilə bağlı
Azyaşlı uşağın anası tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupundan açıqlama verilib.

Qrupun baş inspektoru Eşqin Qasımov BAKU.WS-in bölgə müxbirinə bildirib ki, ananın inzibati xəta törətdiyi müəyyən edilərək barəsində protokol tərtib edilib.

"Uşaq küçədə ağlayarkən onu qonşusu görüb. Sonra uşağı polidə təhvil verib.Uşağın izahatı alınıb.Uşaq anasının onu döydüyünü bildirib.Faktla bağlı araşdırma davam edir.

Bildirək ki, Səbinə Həsənpur adlı qadın içkili halda 11 yaşlı Aysun Həsənpuru döyübvə siqaretin kötüyünü əlinə basıb.

Xəbər lenti