Xəzər Xəbər

Şəhid sayı artır Qardaş ölkə yasdadır

Hadisə | 10:52 • 13 Sentyabr 2019
Şəhid sayı artır

Türkiyənin Diyarbəkr vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ölənlərin sayı 7-ə çatıb.

Bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlayıb.

"Kustar üsulla hazırlanan partlayıcının avtomobil keçərkən işə düşməsi nəticəsində 7 övladımız, insanımız, qardaşımız haqqın rəhmətinə qovuşub. Allah rəhmət eləsin. Hazırda 10 yaralımız var”,- Soylu hadisə zamanı yaralanan vətəndaşları xəstəxanada ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, hadisə ötən gün baş verib./publika.az

Xəbər lenti