Xəzər Xəbər

Azərbaycanda sabiq məhkəmə sədrini güllələyib öldürdülər YENİ FAKTLAR ÜZƏ ÇIXDI

Hadisə | 10:07 • 13 Sentyabr 2019
Azərbaycanda sabiq məhkəmə sədrini güllələyib öldürdülər

Bu gün Tovuz rayonunda vəkillik fəaliyyəti ilə məşğul olan şəxsin güllələnməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Firudin Ələkbərlinin Tovuz şəhərinin mərkəzində Keçid deyilən əraziyə yaxın yerləşən ofisinin qarşısında baş verib.

Belə ki, naməlum şəxs F.Ələkbərliyə yaxınlaşaraq odlu silahla atəş açıb. Qarın nahiyəsindən ağır xəsarət alan F.Ələkbərli Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, F.Ələkbərlini tanışı Əli Məhərrəmov güllələyib və o, artıq tutulub.

O da məlum olub ki, F.Ələkbərli Vəkillər Kollegiyasının üzvü deyil və Tovuzda məhkəmə proseslərinə nümayəndə kimi çıxırmış. O, illər əvvəl Tovuz rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb və 1995-ci ilin may ayında vəzifədən azad edilərək hakimlik səlahiyyətinə vaxtından əvvəl xitam verilib

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar