Xəzər Xəbər

Sabirabadda narkotik bağbanı tutuldu

Hadisə | 13:29 • 12 Sentyabr 2019
Sabirabadda narkotik bağbanı tutuldu

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad rayon polis şöbəsi Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Yaxa Dəllək kənd sakini Qulyar Cahangirov saxlanılıb.

Polis bölməsinin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti