Xəzər Xəbər

Bakıda gecə saatlarında evdən qaçan 13 yaşlı qızla bağlı YENİ XƏBƏR

Hadisə | 09:25 • 11 Sentyabr 2019
Bakıda gecə saatlarında evdən qaçan

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

XəzərXəbər Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.

Xəbər lenti