Xəzər Xəbər

Sumqayıtda kafedə ölüm hadisəsi baş verib

Hadisə | 16:38 • 10 Sentyabr 2019
Sumqayıtda kafedə ölüm hadisəsi baş verib

Sumqayıtda kafedə ölüm hadisəsi baş verib.


Hadisə şəhərin İnşaatçılar küçəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə işləyən, 1960-cı il təvəllüdlü Həsənov Etibar Mirzəağa oğlunun vəziyyəti qəflətən pisləşib. Əraziyə təcili tibbi yardım çağırılıb və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti