Xəzər Xəbər

Abşeron polisi əməliyyat keçirdi: Saxlanılanlar var

Hadisə | 13:04 • 9 Sentyabr 2019
Abşeron polisi əməliyyat keçirdi: Saxlanılanlar var

Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli kənd sakinləri A.Rzayev saxlanılıb.

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu və 490 qram marixuana götürülüb.

Bundan başqa, Məmmədli kənd sakini N.Rəhimova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu və 100 qramdan artıq marixuana aşkar edilib.

Daha bir əməliyyat rayonun Novxanı qəsəbəsində keçirilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Novxanı kənd sakini H.Mərdanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.

Xəbər lenti