Xəzər Xəbər

Azərbaycanda 5 nəfərin öldüyü dəhşətli hadisə barədə YENİ FAKTLAR

Hadisə | 10:49 • 9 Sentyabr 2019
Azərbaycanda 5 nəfərin öldüyü

Ötən gecə İmişli rayonunda baş verən dəhşətli yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.

Gecə saat 00:20-də İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində kanala aşaraq batan "Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlu, onun qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Bildirilir ki, hadisədə vəfat edən M.Məmmədova əslən həmin kənddəndir və ailə üzvləri ilə birlikdə İmişlidən kəndə qayıdarkən faciəvi hadisə baş verib.

Qəza gecə saatlarında baş verdiyindən ətrafda kömək etmək üçün kimsə olmayıb.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır./publika.az

Xəbər lenti