Xəzər Xəbər

Evinə gələn qadını doğrayıb çamadana yığdı Tükürpədən qətl

Hadisə | 16:22 • 6 Sentyabr 2019
Evinə gələn qadını doğrayıb çamadana yığdı

Leninqrad vilayəti, Murin şəhər sakini, 49 yaşlı qadının meyiti Peterburq parkında əməliyyatçılar tərəfindən aşkar edilib.

Qadın sosial şəbəkədə yazışdığı şəxslə görüşə çıxdıqdan sonra bu hadisə baş verib.

Rusiya mətbuatının xəbərinə əsasən, qadının itkin düşməsi barədə polisə məlumatı onun oğlu verib.

Obildirib ki, mənzildən zinət əşyaları da yoxa çıxıb. "BMW"markalı avtomobil də tapılmır.

İtkin düşən qadın gözəllik salonunda işləyirmiş. İş yoldaşları bildiriblər ki, o, sosial şəbəkədə bir kişi ilə tanış olub, axşam isə tanış olduğu şəxsin evinə, görüşə yollanıb.

Polislər artıq Dağıstan vətəndaşı olan iki şübhəli şəxsi saxlayıblar. Onlardan birinin 36, digərinin 21 yaşı var. Əsas şübhəli şəxs bildirib ki, yeni tanış olduğu qadını öldürmək niyyəti olmayıb, hər şey təsadüfən baş verib. Qətldən sonra o, tanışını çağırıb və onlar qadının evindən qiymətli əşyaları götürüblər. Sonra isə qadının avtomobilinə əyləşərək meyiti meşə ərazisinə aparıblar.

Məlum olub ki, qətlə yetirilən qadının adı Bella Voroninadır. Qadının doğranmış meyiti olan çemodan Novoorlovsk meşə ərazisində tapılıb. Meyitin başında çuval olub. Ağzını isə dəsmalla bağlayıblar.

Dindirmə zamanı saxlanılan şəxs bildirib ki, görüş zamanı qadınla arasında münaqişə yaranıb və o, bıçaqla hücum edib. Baş verən hadisədən sonra dostuna zəng edib və meyiti çamadana qoyublar.

Məlumata əsasən, dağıstanlı iki şəxs bir sıra cinayətlərdə ittiham edilirlər. Hər dəfə onlar plan üzrə hərəkət ediblər. Onlar sosial şəbəkələrdə qadınlarla tanış olub, görüşüb, zorlayıb, qarət edibvə döyüblər.


Xəbər lenti