Xəzər Xəbər

Avtoşluq edən sürücü belə qəzaya düşdü - VİDEO

Hadisə | 11:05 • 6 Sentyabr 2019
Avtoşluq edən sürücü belə qəzaya düşdü -

Ötən gün Sumqayıt-Bakı yolunda ağır qəza baş verib.


Yol boyu avtoxuliqanlıq hərəkətləri edən "Opel Astra" markalı avtomobilin sürücüsü yüksək sürətlə qəza törədib. Nəqliyyat vasitələrini soldan və sağdan ötərək təhlükəli manevr edən sürücü yolun daralan hissəsində qəzadan yayına bilməyib. Minik avtomobili öz yolu ilə hərəkət edən yük maşınına çırpılıb.


Tanınmış radio aparıcısı, "Avtostop" verilişinin müəllifi Tural Yusifov qəzanı əks etdirən videonu səhifəsində paylaşıb. Həmin görüntüləri təqdim edirik:


Xəbər lenti