Xəzər Xəbər

Bakıda kişi arvadı ilə baldızını niyə doğradı? AMANSIZ CİNAYƏTİN TƏFƏRRÜATI

Hadisə | 16:40 • 5 Sentyabr 2019
Bakıda kişi arvadı ilə baldızını niyə doğradı?

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda həyat yoldaşı və baldızını bıçaqlayan 1981-ci il təvəllüdlü Samiq Quliyev tutulub.

Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Biləcəridə 2 qadına çoxsaylı zərbələr endirən şəxs tutularaq istintaqa təhvil verilib.

Bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. İlkin araşdırma zamanı məlum olub ki, Kürdəmir rayon sakini olan 30 yaşlı Rühəngiz Mahmudova həyat yoldaşı Samiq Quliyevdən boşanmaq istəyib. Buna qarşı çıxan S.Quliyev həyat yoldaşı ilə 32 yaşlı baldızı Roza Mahmudovaya hücum edib. O, həyat yoldaşını öldürmək üçün ona 14, baldızına isə 9 abıçaq xəsarəti yetirib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2 bacıdan Roza vəfat edib. Rühəngizin müalicəsi isə davam etdirilir./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti