Xəzər Xəbər

Adam oğurlamış şəxs evdən 7 min dollar və 15 min manat apardı – BAKIDA

Hadisə | 16:12 • 5 Sentyabr 2019
Adam oğurlamış şəxs evdən

Bakıda oğruluq etmiş şəxsin digər cinayətinin də üstü açılıb.

XəzərXəbər xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti