Xəzər Xəbər

Sumqayıt sakinləri Şabranda qəzaya düşdü Ər-arvad yaralandı

Hadisə | 16:09 • 4 Sentyabr 2019
Sumqayıt sakinləri Şabranda qəzaya düşdü

Şabranda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şahnazərli kəndində qeydə alınıb.

İki maşının toqquşması nəticəsində bir ailənin iki üzvü, Sumqayıt şəhər sakinləri - 34 yaşı Namiq İbrahimov, onun həyat yoldaşı 36 yaşlı Minirə İbrahimova və digər maşının sürücüsü Malik Nemətov müxtəlif bədən xəsarətləri alıb. Hər üç yaralı Şabran Rayon MərkəziXəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti