Xəzər Xəbər

Xəstəxanada olan məhkuma narkotik gətirən qadın tutulub

Hadisə | 11:18 • 4 Sentyabr 2019
Xəstəxanada olan məhkuma narkotik gətirən qadın tutulub

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı, Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı coraba bükülmüş 4 ədəd sellofanın içərisində gizlədilmiş 1,764 qram "Metamfetamin”, 7,043 qram "Marixuana və 1,632 qram "Heroin” aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar