Xəzər Xəbər

FHN Bakının Səbail rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə | 09:16 • 4 Sentyabr 2019
FHN Bakının Səbail rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, hadisə zamanı binanın ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.


Yanğın zamanı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər lenti