Xəzər Xəbər

Azərbaycanda AĞIR YOL QƏZASI: 3 ölü, 4 yaralı - ADLAR

Hadisə | 10:07 • 31 Avqust 2019
Azərbaycanda AĞIR YOL QƏZASI:

Biləsuvarda baş verən qəza zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.

Bunlar Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır.

Faktla bağlı araşdırma aparılır.

***

Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, "Hundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb.

Xəbər lenti