Xəzər Xəbər

Astarada iki avtobusu yandıran şəxs saxlanılıb - FOTO

Hadisə | 15:59 • 30 Avqust 2019
Astarada iki avtobusu yandıran şəxs saxlanılıb -

Astarada iki avtobusu yandıran şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Astara rayonunun Toradi kənd sakini N. Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd "Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib.


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.


Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub. İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətiridiyi benzinlə N. Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı "Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış N.Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı "Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.


Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti