Xəzər Xəbər

Qaradağ və Sabunçu rayonlarında ağır yol qəzaları baş verib

Hadisə | 15:06 • 29 Avqust 2019
Qaradağ və Sabunçu rayonlarında ağır yol qəzaları baş verib

Daxili İşlər Nazirliyi ötən gün respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi "Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi "VAZ-21019” markalı avtomobillər toqquşub. Nəticədə K.Məmmədovun avtomobilində olan sərnişinlərdən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişin xəstəxanaya yerləşdirilib.


Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Tahirə Bədəlovanı Bakı şəhər sakini Q.Hüseynov idarə etdiyi "İsuzu” markalı avtomobillə vurub və nəticədə qadın hadisə yerində ölüb.


Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.


Yevlax rayonunun Qaradeyin kəndi ərazisində isə Bakı şəhər sakini Qərib Orucov idarə etdiyi "Chevrolet Cruze” markalı avtomobili həmyerlisi S.Rəfiyevin sürdüyü "Mack” markalı yük avtomobilinin yarımqoşqusuna vurub və hadisə yerində ölüb.


Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti