Xəzər Xəbər

Kəpəzdə taxta bazarında yanğın: FHN məlumat yayd

Hadisə | 10:37 • 27 Avqust 2019
Kəpəzdə taxta bazarında yanğın:

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə ilkin çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağrış elan edilib.

Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan DAŞQIN inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 01:16-da söndürülüb.


Xəbər lenti