Xəzər Xəbər

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi qadın tutulub

Hadisə | 12:05 • 26 Avqust 2019
Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi qadın tutulub

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən qadın tutulub.


Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən APA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin insan alveri maddələri ilə 2018-ci ildən axtarışa verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızı tutularaq istintaq orqanına təhvil verilib.

Xəbər lenti