Hirkan Milli Parkında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.