Xəzər Xəbər

Bakıda 20 min manatlıq avtomobil təkəri oğurlandı

Hadisə | 09:21 • 23 Avqust 2019
Bakıda 20 min manatlıq avtomobil təkəri oğurlandı

Binəqədidə mağazaladan 20 min manatlıq avtomobil təkəri oğurlanıb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən 20000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.

Xəbər lenti