Xəzər Xəbər

Qubada AĞIR QƏZA: 2 ölü, 3 yaralı

Hadisə | 09:43 • 22 Avqust 2019
Qubada AĞIR QƏZA:

Quba-Nugədi yolunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alan 31 yaşlı Sevil Orucəliyeva, həyat qoldaşı 34 yaşlı Yaşar Kərimov və qaynanası 59 yaşlı Leysan Kərimova Quba MRX nın travmatologiya şöbəsinə yerləşdiriliblər.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyətləri orta ağırdır.

***

Avqustun 21-i axşam saatlarında Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qubanın Rustov kəndində 4 yaşlı Əliyev Renad Mahir oğlunu avtomobil vurub. Xəsarət alan azyaşlını "VAZ 2107” markalı avtomobili ilə xəstəxanaya çatdırmaq istəyən qonşusu, 28 yaşlı Emin Əzizov rayonun Birinci Nügədi kəndi ərazisində qəzaya uğrayıb.

Avtomobilin yolun kənarındakı dirəklərə çırpılması nəticəsində sürücü E.Əzizov və azyaşlı R.Əliyev hadisə yerində ölüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər, azyaşlının anası, nənəsi və dayısı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti