Xəzər Xəbər

Hacıqabulda ağır yol qəzası: ölən və yaralanan var

Hadisə | 09:12 • 21 Avqust 2019
Hacıqabulda ağır yol qəzası: ölən və yaralanan var

Hacıqabulda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə səhər saatlarında rayonun Nəvahi kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes” markalı avtomobil qarşıda gedən "KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə zamanı "Mercedes”də olan sərnişinlərdən 1-i ölüb, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (Report).

Xəbər lenti