Xəzər Xəbər

Bakıda sərnişin taksi sürücüsünün başına oyun açdı – POLİS YAXALADI

Hadisə | 18:35 • 20 Avqust 2019
Bakıda sərnişin taksi sürücüsünün başına oyun açdı

Bakıda taksi sürücüsünü soyan sərnişin tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini E.Qasımovun idarə etdiyi "Mercedes” markalı avtomobildə sərnişin qismində gedən naməlum şəxs düşərkən salondakı 15 manat pulu soyğunçuluq yolu ilə aparıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılıb.

İlkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Xəbər lenti