Xəzər Xəbər

Bakıda çörək zavodunun avtomobili ağır qəzaya düşdü YARALILAR VAR

Hadisə | 18:23 • 20 Avqust 2019
Bakıda çörək zavodunun avtomobili ağır qəzaya düşdü

Bakıda yol qəzası baş verib.

Hadisə Sabunçu rayonunda, Atəşgah dairəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakıxanov Çörək Zavoduna məxsus "QAZel" markalı yük maşını "Toyota" markalı avtomobillə toqquşub. Hər iki sürücü yüngül dərəcəli bədən xəsarətləri alıb.

Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Xəbər lenti