Xəzər Xəbər

Azərbaycanda insanı sarsıdan hadisə Qadın 34 yaşlı ərinin meyitini tapdı

Hadisə | 17:39 • 20 Avqust 2019
Azərbaycanda insanı sarsıdan hadisə

Sabirabad rayonun Kürkəndi kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

XəzərXəbər xəbər verir ki, dünən günorta saatlarında yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edən 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu ailəli, 2 uşaq atası olub.

Şəxsi təsərrüfatla məşğul olan Q.Əsədovun maddi sıxıntısı olmayıb və hər hansı ciddi problem barədə yaxınlarının məlumatı olmayıb.

Bildirilir ki, dünən günorta saatlarında saxladığı mal-qaraya baxış keçirən 34 yaşlı Qismət daha sonra damda özünü asıb. Onun meyitini həyat yoldaşı aşkarlayıb və qadın gördüklərindən sarsıntı keçirib.

Q.Əsədovun hər hansı məktubu, vida sözü aşkarlanmayıb.

Xəbər lenti