Xəzər Xəbər

Bakı sakinindən üzərində nişangah quraşdırılmış silah götürülüb - POLİSDƏN ƏMƏLİYYAT

Hadisə | 10:46 • 8 Avqust 2019
Bakı sakinindən üzərində nişangah quraşdırılmış silah götürülüb -

Bakıda silahlı şəxsin tutulması istiqamətində əməliyyat keçirilib.


Paytaxtın Nərimanov rayonu ərazisində keçirilən əməliyyat zamanı bir nəfərin həbs edildiyi bildirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün Nərimanov rayon Polis İdarəsi əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunmuş Seymur Şahalıyevin idarə etdiyi "Volkswagen” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman oradan üzərində nişangah quraşdırılmış "Toz-8” markalı silah, həmin silaha məxsus 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanganat (margans) aşkar edilərək götürülüb.


Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti