Xəzər Xəbər

"Niva" "BMW"ni arxadan vurdu: sərnişinin başı şüşəni sındırdı

Hadisə | 14:02 • 3 Avqust 2019
"Niva" "BMW"ni arxadan vurdu:

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


XəzərXəbər APA-ya istinadən xəbər verir ki, avtoqəza Azadlıq prospektində qeydə alınıb. İsmayılov Mahir Sabir oğlunun idarə etdiyi "VAZ 2121" ("Niva") markalı minik maşını manevr zamanı idarəetmədən çıxıb və yolun kənarında dayanmış Xasayev Sərdar Yengibar oğluna məxsus "BMW" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişin təhlükəsizlik kəmərini taxmadığı üçün başı qabaq şüşəyə dəyib.


Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti