Xəzər Xəbər

23 yaşlı oğlan azyaşlıya tövlədə təcavüz etdi - Azərbaycanda BİABIRÇI OLAY

Hadisə | 13:42 • 3 Avqust 2019
23 yaşlı oğlan azyaşlıya tövlədə təcavüz etdi - Azərbaycanda BİABIRÇI OLAY

Ağsu rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Samir Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər xəbər verir ki, Samir Səlimov on dörd yaşına çatmayan Xaliq Vəliyevin köməksiz vəziyyətindən istifadə edib, ona zor tətbiq etməklə uşaqbazlıq edib.

Tövlədə zorakılıq

Belə ki, o, ötən il yaşadıqları Ağsu rayonunun Qəşəd kəndində, həmkəndlisi 2002-ci ildə anadan olmuş Xaliq Vəliyevi yumurta götürmək adı ilə aldadıb və mərhum babasının həyətindəki tövləyə aparıb.

Orada Samir Səlimov cinsi ehtirasını təmin etmək məqsədilə Xaliq Vəliyevə qarşı zorakılıq göstərib. O, əvvəlcə Xaliqə cinsi əlaqədə olmağı təklif edib.

Qeyri-təbii yolla cinsi əlaqə

Amma azyaşlı onunla cinsi əlaqədə olmaqdan imtina edib. Bu zaman Samir Səlimov azyaşlı həmkəndlisinə zor tətbiq edərək arxadan onu qucaqlayıb, sonra qollarını tutaraq şalvarını zorla aşağı çəkib.

Daha sonra Samir Səlimov azyaşlını yerə yıxaraq, qeyri-təbii yolla onunla cinsi əlaqədə olub, daha sonra onu "oral” seks hərəkətləri etməyə məcbur edib.

9 il cəza

İstintaq orqanı tərəfindən Samir Səlimovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Səlimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samir Səlimov apelyasiya şikayəti verib.

Şikayət etdi, cəzadan azad edilmədi

Samir Səlimov barəsində olan hökmün dəyişdirilməsini, onun cəzasının yüngülləşdirilməsini xahiş edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.

Bundan sonra Samir Səlimov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb./publika.az

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti