Xəzər Xəbər

Şəmkirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var

Hadisə | 15:50 • 1 Avqust 2019
Şəmkirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var

Şəmkir rayonunun Zəyəm kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2 VAZ və 1 "Prado" markalı avtomobillər idarəetmədən çıxaraq toqquşub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti