Xəzər Xəbər

Şabranda aptekdə narkotik tərkibli həblər satılır - ƏMƏLİYYAT

Hadisə | 14:05 • 1 Avqust 2019
Şabranda aptekdə narkotik tərkibli həblər satılır - ƏMƏLİYYAT

Şabrandakı apteklərin birindən tramadol həbləri tapılıb.

Daxili İşlər Nazirliyi xəbər verir ki, daxil olmuş məlumat əsasında Şabran RP-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.

Araşdırmalarla E.Məmmədovun həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib.

Həmin aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 ədəd xırda sellofan bükümündə marqanes aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti